RU
Olimpiya stadionunda parkinq uğrunda mübarizə
22:00
596

Olimpiya stadionunda parkinq uğrunda mübarizə

68 minlik stadionda cəmi 2500 parkinq yeri var.

AFFA Avropa-2016 çempionatının Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək növbəti seçmə matçına gəlməyi planlaşdıran azarkeşlərə müraciət edib.

7news.az xəbər verir ki, məlumatda oktyabrın 10-da oyunların keçiriləcəyi 68 minlik Olimpiya stadionunun parkinqində cəmi 2500 yer var.

AFFA azarkeşlərə xəbərdarlıq edir ki, parkinqdə yalnız saat 21:00-dək stadiona gələn şəxslər yer tapa biləcəklər.

Tez gəlmək üçün stimul da var - oyuna 4 saat qalmış təşkil olunacaq fotosessiyada istənilən şəxs İtaliya Futbol Federasiyasının Bakıya gətirəcəyi Dünya kuboku ilə şəkil çəkdirə bilər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ