RU
Olland Əliyevlə Sarkisyanı görüşdürmək istəyir
10:54
422

Olland Əliyevlə Sarkisyanı görüşdürmək istəyir

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevi ölkəsində qəbul etməyə hazırdır.

7News.Az xəbər verir ki, bu barədə Ollandın Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktubda bildirilir. 

"İcazə verin, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sabit həllinə yönələn addımlara sadiqliyimi bir daha təsdiqləyim. Həlli fövqəladə dərəcədə uzanan bu münaqişədə irəliləyişə nail olmaq üçün müzakirələrin həyata keçiriləcəyi görüşü Parisdə keçirməyə hazıram”, - deyə Olland bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ