Daşkəsən rayon sakini Rafael Əsgərli bıçaqlanaraq qətlə yetirilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Hələlik saxlanılanların kimliyi açıqlanmır.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, qətlə yetirilən Rafael Əsgərlinin oğlu Rəmayıl Əsgərli ötən gün Bəxtiyar Abdullayev tərəfindən döyülərək, xəstəxanaya yerləşdirilmişdi./milli
7news.az








