RU
Oğlu faciəvi şəkildə ölən xalq artisti dərdə dözmədi, dünyasını dəyişdi - FOTO
12:11
765

Oğlu faciəvi şəkildə ölən xalq artisti dərdə dözmədi, dünyasını dəyişdi - FOTO

Xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabov vəfat edib.

7News.az xəbər verir ki, bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.
Dəfn yeri və vida mərasiminin keçiriləcəyi yer dəqiqləşdirilir.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.
"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.//big

TƏCİLİ! Oğlu faciəvi şəkildə ölən xalq artisti dərdə dözmədi, dünyasını dəyişdi - FOTO

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ