Türkiyədə ötən gün qeyri-adi məhkəmə prosesi baş tutub.
7news.Az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə Türkiyənin Denizli vilayətində baş verib. Bildirilir ki, ananın öz oğluna atdığı çəkələk silah hesab edildiyi üçün 62 yaşlı qadın barəsində 5 il həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb. Dənizli 1-ci instansiya məhkəməsində baş tutmuş ilk prosesdə müttəhim Şenay Güzelin müqəssir olmadığına qərar verilib.
Daha əvvəl anasından şikayətçi olan Halil Güzel də məhkəmədə şikayətindən imtina etdiyini açıqlayıb. Yaşlı qadın məhkəmənin qəbul etdiyi bəraət qərarını sevinc göz yaşları ilə qarşılayıb.
7news.Az








