RU
Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb - YENİLƏNİB
10:40
38

Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb - YENİLƏNİB

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan 7News.Az-a bildirilib ki, ilkin araşdırma zamanı  1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

06:55
Aprelin 8-də saat 04:00 radələrində Yasamal rayonunda yerləşən evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, K. İsrafilovun atası, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ