RU
Omanın paytaxtında məscid yaxınlığında atəş açılıb, 4 nəfər həlak olub
10:40
15

Omanın paytaxtında məscid yaxınlığında atəş açılıb, 4 nəfər həlak olub

Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə ölkə polisi məlumat yayıb.

Oman polisinin bəyanatında insidentlə bağlı əlavə təfərrüatlar verilməsə də, bəzi məlumatlarda azı bir hücum edənin avtomatik tüfənglə atəş açdığını bildirilir.

Polis araşdırmalarını davam etdirir.

Qeyd edək ki, Oman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə həmsərhəddir. Əksəriyyəti müsəlman olan ölkədə belə hücumlar nadir hallarda baş verir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ