
7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, may ayında Kolumbiyada əməliyyat olunan 38 yaşlı qadın bıçaq altına getməzdən öncə həkimlərə 10 min dollar ödəyib.
Beş yarım saat davam edən əməliyyatdan sonra Lindsi özünü pis hiss edib. Bir neçə gün sonra əməliyyat olunan nahiyədə qaralmalar müşahidə olunub, dəri çürüməyə başlayıb.
İlk öncə qadın qanın quruduğunu düşünüb, lakin döş uclarının da qaraldığını gördükdə, yenidən əməliyyat olunub.

Çürümənin qarşısını ala bilməyən həkimlər 20 gün ərzində 12 əməliyyat keçiriblər.

Dəri açılmağa, infeksiya əmələ gəlməyə, mədəsindən daşan maye qarnına dolmağa başlayıb.
Qadın ABŞ-a qayıtdıqdan sonra da birbaşa xəstəxanaya yerləşdirilib. Onun döşlərində "E.coli" infeksiyası aşkarlanıb. O, mədəsindən yenidən əməliyyat olunub.

Noyabrın 20-də qadın xəstəxanadan təqribən 31 min dollar borcla çıxıb. Bu səbəbdən internetdə xeyriyyə kampaniyasına start verən Lindsi infeksiyanın onun həyatı üçün təhlükə yaratdığını vurğulayıb.














7News.Az








