İranın paytaxtı Tehranda koronavirusa yoluxanların sayı ötən həftə ilə müqayisədə 61 faiz artıb.
Bunu Tehran valisi Möhsün Mənsuri bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, koronavirusun Omicron variantı ölkədə, o cümlədən Tehranda geniş yayılıb və yoluxma sayında artıma ciddi təsir edir.
Bunun başlıca səbəbi əhalinin sağlamlıq protokollarına əməl etməməsidir. "Əgər sağlamlıq protokollarına əməl olunmazsa, heç şübhəsiz yeni məhdudiyyətlər tətbiq olunacaq. İlk mərhələdə artıq biz ibtidai sinif şagirdlərinin dərslərini qarşıdakı 1 həftə ərzində distant təşkil olunması ilə bağlı qərar qəbul etmişik".
7NEWS.Az








