RU
“Omikron”a yoluxan ambulator xəstələrin sayı artdıqca səhiyyə yükü artır - RƏSMİ
15:43
279

“Omikron”a yoluxan ambulator xəstələrin sayı artdıqca səhiyyə yükü artır - RƏSMİ

"Bu gün koronavirusun yeni ştammı olan "Omikron”un törətdiyi yeni dalğa müşahidə edilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, yeni ştammın digər növlərdən fərqli olaraq yoluxuculuğu daha sürətlidir:

"Buna baxmayaraq, virusa yoluxanların təcrid müddəti qısa dövrlüdür. Xəstəlik yüngül keçdiyindən xəstəxanaya yatış sayında artım müşahidə edilmir. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Bu da səhiyyə yükünün nisbətən artması deməkdir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ