RU
On altı gün Tundrada itkin düşən şəxs sağ tapıldı
11:00
295

On altı gün Tundrada itkin düşən şəxs sağ tapıldı

Rusiyanın şimal-şərqindəki Çukotka bölgəsində iki həftə öncə itkin düşən maral saxlayan işçilərdən birinin axtarışları öz nəticəsini verib.

"Ria Novosti” agentliyi xəbər verir ki, Eqvekinot dairəsinin növbətçi dispetçer xidmətinin nümayəndəsi məlumat verib ki, maral saxlayan şəxs 21 dekabrda itkin düşüb.

"Onu tapdıq, sağ və salamatdır. On altı gün qidalanmadığına görə arıqlayıb. Onu balıqçıların xüsusi daşınan evindən (balok) tapıblar. Tibbi yardıma ehtiyac duymayıb”, - növbətçi dispetçer bildirib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ