Bakıda dərman firmasına basqın olub.
Hadisə Binəqədi rayonunda baş verib.
Təxminən saat 18 radələrində 10 nəfər naməlum şəxs F.Məlikov küçəsində yerləşən dərman firmasına hücum edərək orada işləyən Bakı sakini, 1983-cü il təvəllüdlü Zöhrab Məmmədovu döyüb. Bundan sonra həmin şəxslər oradan çıxıb gediblər. Hadisə barədə 102 xidmətinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır./milli
7news.az








