Amerikalı müğənni Taylor Swift ona qarşı seksual xarakterli hərəkətlər edən radio aparıcısını işdən çıxartdırıb.
7news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “KYGO-FM”in aparıcısı David Mueller Swifti məhkəməyə verib və bildirib ki, müğənni əsassız ittihamla işini itirməsinə səbəb olub.
Hadisə iyunun 2-də müğənninin konsertindən sonra baş verib.
Belə ki, Mueller sevgilisi Shannon ilə birlikdə kulisə gedərək müğənni ilə şəkil çəkdirmək istəyib. İddialara görə,
Mueller çəkiliş əsnasında məşhur müğənninin ombalarına toxunaraq ona sataşıb. Bundan sonra Swift Mueller və sevgilisini salondan qovub.
Mueller hadisənin sonra çalışdığı radiodan qovulub.
7news.az













