Türkiyənin Muğla əyalətində baş verən dəhşətli təcavüz hadisəsi ilə bağlı məhkəmə prosesi davam edir.
7News.az-ın məlumatına görə, eşitmə qabiliyyəti olmayan 14 yaşlı B.Ş adlı yeniyetmə məktəb şagirdləri ilə birlikdə dincəldiyi düşərgədə cinsi təcavüzə məruz qalıb.
Məsələdən xəbər tutan yeniyetmənin ailəsi onu həkimə aparıb. Məlum olub ki, 8-ci sinifdə təhsil alan B.Ş hamilədir. Ailənin razılığı və məhkəmənin qərarı ilə yeniyetmə abort etdirib.
Qıza təcavüz etməkdə şübhəli bilinən 15 yaşlı şagird B.A-nın test nümunələrinin cavabı məlum olmadığı üçün, onun günahı hələ sübuta yetirilməyib. İddialara görə, təcavüz zamanı oğlana onun dostu da kömək edib. Onlar qızı təhdid ediblər. Bu barədə başqasına deyəcəyi təqdirdə, onun daha pis hadisələrlə üzləşəcəyini bildiriblər.
7News.az








