Amerikalı pop ulduz Miley Krus ilə Liam Hemsvort ailə həyatı qurur.
7News.Az US Weekly jurnalına istinadən xəbər verir ki, cütlüyün toyu bu yay Avstraliyada baş tutacaq.
Toy mərasimində Miley və Liamın yaxın dostları və ailə üzvləri iştirak edəcək.
Xatırladaq ki, 23 yaşlı Krus və 28 yaşlı Hemsvort 2009-ci ildə “The last song” filminin çəkilişləri zaman tanış olmuş, bir müddət sonra nişanlanmışdılar.
Cütlük daha sonra 2013-cü ildə yollarını ayırmış, ötən ilin son aylarında yenidən barışmışdılar.












