"Azərbaycanın məhkəmə sistemini təftiş etmək, onun ədalətliliyini qiymətləndirmək Ermənistanın və ya hansısa beynəlxalq təşkilatın başı üçün deyil. Gedib işləri ilə məşğul olsunlar və ölkəmizdə mühakiməsi gedən separatçıları, müharibə cinayətkarlarını müdafiə etməklə özlərini daha da gülünc vəziyyətə salmasınlar.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Çünki hər şey gün kimi aydındır. Harutunyan da, Vardanyan da, digərləri də ən böyük vəhşilikləri ediblər, ən qatı cinayətləri törədiblər və ona görə bu gün qanun, məhkəmə qarşısında cavab verirlər.”– deyə Partiya sədri fikirlərinə davam edib.








