RU
Onlara dövlət qulluqçusu statusu verildi
19:24
623

Onlara dövlət qulluqçusu statusu verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.

Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı "Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda 2.3-cü maddədə "milli təhlükəsizlik,” sözləri çıxarılıb və "fövqəladə hallar,” sözlərindən sonra "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,” sözləri əlavə edilib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ