Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
7News.Az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilib.








