RU
Onlara Nyu-Yorka uçmaq qadağan edildi
21:00
365

Onlara Nyu-Yorka uçmaq qadağan edildi

Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.

7news.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, bu qərar prezident Donald Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.

Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ