38 yaşlı Nejdet A., müəllim olan 43 yaşlı B.S.-ni pnevmatik tüfənglə ağır yaralayıb.
Hadisə dünən Hacıfeyzullah məhəlləsində qeydə alınıb. Litseydə riyaziyyat müəllimi işləyən B.Ş., avtomobil ustası Nejdet A. ilə bir müddət davam edən sevgili münasibətlərini bitib.
TƏFƏRRÜAT:
Ayrılığı həzm edə bilməyən Nejdet A. dünən axşam qadın müəllimin evinin önünə avtomobillə gəlib gözləməyə başladı. Saat 20:00 radələrində 09 BD 298 nömrəli avtomobillə gələn B.Ş. maşından düşərkən, Nejdet A. pnevmatik tüfənglə 4 atəş açıb, avtomobili ilə hadisə yerindən qaçıb. Qan içində yerə yıxılan qadın ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Həyatını xilas etmək mümkün olub.
İstintaq əməliyyatına başlayan polis əməkdaşları apardıqları sorğu-suallar sonrası cinayətkarın istifadə etdiyi avtomobilin kirayə olduğunu öyrənib və beləcə onu yaxalamaq mümkün olub./milli
7news.Az








