Polşanın sabiq prezidenti Lex Kaçinski və onunla birgə təyyarə qəzasında dünyasını dəyişən həyat yoldaşı Mariyanın məzarları açılıb.
Qurbanların bəzilərinin şəxsiyyətinin düzgün açıqlanmadığını əsas gətirən müstəntiqlər, Krakovda dəfn olunan cəsədlərin sabiq prezident və xanımına məxsus olub-olmadığına aydınlıq gətirməyə çalışır.
Kaçinskinin yaxın adamı, müdafiə naziri Antoni Masiereviçz sabiq prezidentin təyyarə qəzasında ölümü ilə bağlı yeni araşdırılmalar aparılmasına göstəriş verib.
Polyakların 25 faizi Lex Kaçinskinin sui-qəsdə məruz qaldığını düşünür. Xalqın böyük əksəriyyəti isə 2010-cu ildə aralarında prezident də olmaqla 94 nəfərin həlak olduğu faciənin adi təyyarə qəzası olduğuna inanmır.
7News.az








