RU
Onuncu dəfə ata oldu
14:29
353

Onuncu dəfə ata oldu

57 yaşlı Eddi Merfi onuncu dəfə ata olub. 

7News.Az axşam.az-a  istinadən xəbərinə görə, aktyor və 39 yaşlı sevgilisi Peyc Batçerin oğlu dünyaya gəlib. Cütlük sayca ikinci olan övladına Maks Çarlz Merfi adını qoyub. 

 

Maksın çəkisi 3 kiloqram, boyu isə 48 santimetrdir. Ana və körpə özünü yaxşı hiss edir. 

Qeyd edək ki, Merfi və Batçer 6 ildir sevgilidirlər. Yaxın günlərdə onlar evlənməyi planlaşdırırlar. Onların bu münasibətdən bir qız övladı var. Aktyorun bundan əvvəlki münasibətlərindən 8 övladı var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ