RU
OPEC-in neft hasilatının azaldılması qərarını yenidən uzatması ehtimalı yüksəkdir
15:25
584

OPEC-in neft hasilatının azaldılması qərarını yenidən uzatması ehtimalı yüksəkdir

OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını (OPEC+ sazişi) 2018-ci ilin mart ayından sonra da yenidən uzatması ehtimalı yüksəkdir.

7news.Az Report-a istinadən  xəbər verir ki, bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib.

O qeyd edib ki, sazişin uzadılması şərtində bir neçə modifikasiya edilməlidir: "Neft hasilatının azaldılması ilə bağlı qərarı bütün üzv ölkələr yerinə yetirə bilməyib. Məlumdur ki, Liviya və Nigeriyaya güzəşt edilmişdi. Nəticədə Liviya hasilatı 1 mln. barelə qədər artırıb". 

"Əgər hasilatın 2018-ci ilin mart ayından sonra növbəti müddətə azaldılması ilə bağlı qərar qəbul olunarsa, Nigeriya və Liviyaya kvota rejimi tətbiq edilməlidir", - V.Drebentsov qeyd edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ