RU
OPEC neft hasilatı azalıb
15:40
40

OPEC neft hasilatı azalıb


7NEWS.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı yanvar ayında ən çox azalan Liviya, Küveyt, İraq və Əlcəzairdə olub. Birləşmiş Ərəb Əmirlikləri hasilatın artdığı ölkələr sırasında olub. Bu ölkəni qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı izlədi. Gündəlik neft hasilatı Liviyada 162 min barel, Küveytdə 109 min barel, İraqda 98 min barel, Əlcəzairdə 46 min barrel azalıb. Eyni dövrdə Birləşmiş Ərəb Əmirliklərinin gündəlik hasilatı 31 min barel, Səudiyyə Ərəbistanının hasilatı isə 25 min barel artıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ