RU
OPEK Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır
22:07
343

OPEK Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır

Hesabat.

2015-ci ilin yekunlarına əsasən Azərbaycanda sutkada orta hesabla 0,86 milyon barrel neft hasil olunub.

Bu barədə OPEK-in bu gün dərc olunmuş neft bazarı ilə bağlı yanvar hesabatında bildirilir.

Hesabata əsasən, bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur.

OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub.

2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ