RU
OPEK-dən neftlə bağlı
16:16
486

OPEK-dən neftlə bağlı

Təşkilat dünyada neftə tələbat artımı proqnozunu dəyişib.

OPEK 2016 –cı il üçün dünyada neftə tələbat artımı proqnozunu sutkalıq 10 min barel azaldıb.

Bu barədə 7News.Az Rusiya mətbuatına istinadən xəbər verir. 

OPEK bu gün yaydığı fevral ayı hesabatında 2015-ci il üçün dünyada neftə tələbat artımı proqnozunu sutkada 1,54 milyon barel səviyyəsində saxlayıb, 2015-ci ildə isə tələbin sutkalıq 92,96 barel olduğunu bildirib. 

2016-ci ildə dünyada neftə tələbat artımı proqnozunu isə sutkalıq 1,26 milyon bareldən, sutkalıq 1,25 milyon barelə endirən təşkilat 2016-cı ildə tələbatın sutkalıq 94,21 milyon barelə çatacağını proqnoz edib. 

Yanvar ayında qlobal neft təminatının bir əvvəlki aya görə sutkalıq 30 min barel artaraq 95,64 milyon barelə yüksəldiyini bildirən OPEK, öz istehsalının isə sutkalıq 131 min barel artaraq 32, 33 milyon barel olduğunu qeyd edib. 

Qeyri-OPEK istehsalçıların 2015-ci ildə orta hesabla hasilatın böyümə təxmini sutkalıq 1,23 milyon bareldən 1,32 milyon barelə yüksəldən təşkilat bu ölkələrin hasilatın azaldılması ilə bağlı proqnozunu isə sutkalıq 660 min bareldən 700 min barelə qaldırıb. 

Fevral hesabatına görə, OECD ölkələrində kommersiya xarakterli neft ehtiyatları dekabr ayında 8,2 milyon barel azalaraq, 2 milyard 974 milyon barrel olub. Bu son 5 ilin hesablamasına görə 310 milyon barel artım deməkdir.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ