RU
OPEK üzvləri yeni baş katib seçdi
21:15
1261

OPEK üzvləri yeni baş katib seçdi

Barkindo bu vəzifəyə üç il müddətinə təyin edilib.

Nigeriya Dövlət Neft Şirkətinin (Nigerian National Petroleum Corporation, NNPC) sabiq rəhbəriMuhammed Barkindo 2016-cı ilin avqust ayının 1-dən OPEK-in baş katibi olacaq.

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın informasiya xidmətinin rəhbəri Həsən Hafid bildirib.

“Konfrans Nigeriyadan olan Barkindonu 2016-cı ilin avqust ayının 1-dən təşkilatın baş katibi təyin etmək qərarına gəlib”, - o, jurnalistlərə deyib.

Barkindo, bu postu 2007-ci ildən tutan hazırkı baş katib Abdulla Salam əl-Bədrini əvəz edəcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ