RU
`Opel` `KamAZ`la toqquşdu, ölən var
14:09
810

`Opel` `KamAZ`la toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

7News.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 4-də saat 01 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Culfa rayon sakini Elşad İmanovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Habil İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.İmanovun sərnişini, Müşfiqabad qəsəbə sakini Elməddin Rəsulov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ