7NEWS.az xəbər verir ki, Microsoft-un CEO-su Satya Nadella, sosial media hesabında etdiyi şərhdə, OpenAI ilə tərəfdaşlıqlarına sadiq qaldıqlarını vurğuladı və şirkətin baş direktoru Emmett Shear və OpenAI-nin yeni liderlik komandası ilə işləməyi səbirsizliklə gözlədiklərini söylədi. OpenAI-nin həmtəsisçiləri Sam Altman və Greg Brockmanın həmkarları ilə birlikdə yeni qabaqcıl süni intellekt tədqiqat qrupuna rəhbərlik etmək üçün Microsoft-a qoşulacaqlarını bildirən Nadella, komandanı uğurları üçün lazım olan resurslarla təmin etmək üçün sürətlə hərəkət edəcəklərini qeyd etdi.
7NEWS.az








