"OPPO”və "Ericsson”qlobal patentlərin çarpaz lisenziyalaşdırılması, texniki əməkdaşlıq və bazarın təşviqini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq imzaladılar.
7NEWS.az xəbər verir ki, bu strateji tərəfdaşlıq çərçivəsində "OPPO”və "Ericsson”5G standartları da daxil olmaqla mobil rabitə standart əsas patentlərini qarşılıqlı şəkildə paylaşmağı öhdələrinə götürüblər. Bu müqavilə hər iki şirkətə patent texnologiyalarından qarşılıqlı istifadə yolu ilə texnoloji nailiyyətlərdən faydalanmağa imkan verəcək.
7NEWS.az








