RU
Oqtay Əsədov deputatların yarımçıqlığından şikayətləndi
13:25
264

Oqtay Əsədov deputatların yarımçıqlığından şikayətləndi

Millət vəkili Qüdrət Həsənquliyev ingilis dilinin tədrisi ilə bağlı  parlamentdə məsələ qaldırıb.

7News.Az-ın xəbərinə görə, millət vəkili payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib ki, bu gün ingilis  dili beynəlxalq dildir, ancaq Azərbaycanda bu dilin öyrənilmə səviyyəsi yetərli deyil:

"Xüsusilə də, beynəlxalq tədbirlərdə iştirak zamanı bu məsələdə ciddi problemlər yaranır. Gürcülər və ermənilərlə müqayisədə bizimkilər bu dildə yaxşı danışa bilmirlər”.

Deputata cavabında isə spiker Oqtay Əsədov bunları bildirib: 

"Mən bir müddət əvvəl parlamentdə  ingilis dilinin öyrənilməsi ilə bağlı təşəbbüslə çıxış etdim. Amma kurslar açılmasına baxmayaraq, öyrənməyə gedən olmadı. Kurslar yarımçıq qaldı…”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ