RU
Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək
13:04
657

Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

7news.Az-ın xəbərinə əsasən, bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi sabah - avqustun 5-də parlamentdə keçiriləcək. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ