RU
Oqtay Əsədov yeni büdcəni qiymətləndirdi
12:23
626

Oqtay Əsədov yeni büdcəni qiymətləndirdi

"Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb”.

 

7News.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib. 

MM-in sədri qeyd edib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirlərində azalma olub: "Gələn il real iqtisadi artım proqnozlaşdırılır. Neftdən asılılığın azaldılması ilə qeyri-neft sektoru inkişaf etdirilir. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosial yönümlük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına xərclər istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanması üçün ölkə büdcəsinə kifayət qədər vəsait ayrılıb. Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcək də davam edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ