"Oqtay Gülalıyev yalan danışır. Bizim layihə gənc işsizlərlə bağlıdır və cəmiyyət üçün də çox faydalıdır” Azərbaycanda Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında açıqlama verən Demokratik İslahatlar Ugrunda Cəmiyyətin sədri Oqtay Gülalıyevlin " QHT-lərin əksəriyyəti yaxşı layihə yazdıqlarına görə deyil, vəzifələrinə və statuslarına görə Şuradan layihə almaları daha inandırıcı görünür. Digər tərəfdən, həyata keçirilən həmin layihələrin cəmiyyətə faydalı ola biləcəyi şübhəlidir" fikirləri ciddi narazılıqla qarşılanıb. Bununla bağlı 7news.az saytına açıqlama verən QHT sədri Niyaməddin Orduxanlıbildirib ki, Oqtay Gülalıyevin bu fikirləri birbaşa qərzəlıdir: ”Açıq şəkildə hiss olunur ki, Oqtay Gülalıyev Azərbaycanda Prezident Yanında Qüyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kabitliyinə qarşı aparılan kampaniyaya da yer alıb. 10 ildən artıqdır ki, QHT sədri kimi fəaliyyt göstərirəm. Bu günə kimi bir necə uğurlu layihələr həyata keçirmişik. Sonuncu layihəmiz də məhz rayonlarda yaşayan gənclərin, 19-29 yaş arasında olan işsiz gənclərin monitorinqi ilə bağlıdır. Bunun cəmiyyətə faydası ola bilməz?! Baxın, QHT Şurası işsiz gənclərin problemlərinin araşıdırılmasına dəstək verir. Bizim layihə budur. İl ərzində yüzlərlə layihələr maliləşir. Hər birimizin gözü qarşısında baş verən hadisələrdi. Hər il çox uğurlu layihələri həyata keçirilir. Bütün bu layihələri həyata keçirənlər uzun illərdi vətəndaş cəmiyyətinin aparıcı şəxsləridir. Onlarla adamın adını çəkə bilərəm ki, bu adamları bütün beyənlxalq təşkilatlar tanıyır və hörmət edir. Həyata keçirilən layiələr birbaşa Azərbaycanın dövlət maraqlarını, milli maraqları və Qardabağın haqq səsini xarici ölkələrə çatdırmaq, Xocalı soyqırımının tanınması kimi layihələr gerçəkləşir. Bu qədər faydalı işlər göz qabağındadır. Bütün bunların Azərbaycan cəmiyyətinə xeyri yoxdur?! Bir daha qeyd etmək istəyirəm ki, Güulalıyev qərəzlidir və tapşırığa əsasən danışır. Həm də nəzər alaq ki, Gülalıyev ermənilərin layihələrinə dəstək verən və Azərbaycanın beynəlxalq qurumlardan çıxarılması üçün həmin qurumlara müraciət edib imza aran QHT sədrlərindən biridir. "








