Qazaxıstan millisi yoldaşlıq görüşü çərçivəsində martın 29-u yığmamızla qarşılaşacaq.
7News.Az xəbər verir ki, Qazaxıstan yığmasının kapitanı Samat Smakov oyun barədə fikirlərini federasiyanın rəsmi saytı ilə bölüşüb:
"Futbolçuların əhval-ruhiyyəsi normaldır. Komandada sağlam ab-hava hökm sürür. Azərbaycan millisi ilə çox qarşılaşmışıq. O yadımdadır ki, nadir hallarda heç-heçə edirdik. Amma qələbələr də olurdu. Azərbaycan millisində mənə tanış olan futbolçular var. Bu komanda döyüşkən və ambisiyalıdır. Fikrimcə, maraqlı oyun alınacaq"
7News.Az








