7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə NDTV yazır.

Belə ki, Borneo Orangutan Xilasetmə Fondunun adı açıqlanmayan əməkdaşı meymunlara təhlükə yaradan ilanları təmizləmək üçün qoruqdakı çayın içinə daxil olub.
Baş verənləri sahildən izləyən vəhşi oranqutan həmin adama yaxınlaşaraq kömək əlini uzadıb. Ətraf mühit qoruyucusu ona əl uzatmaqdan çəkinərək köməkdən imtina edib və özü sudan çıxmağı üstün bilib.
Qeyd edək ki, daha öncə Fransada şimpanze 23 yaşlı zoopark baxıcısının əlini dişləyərək qoparıb. Daha öncə heç bir aqressiya nümayiş etdirməyən, mehriban görsənən heyvanın hücumunun səbəbi məlum deyil.
7News.Az








