İraq ordusu İŞİD terror təşkilatının Mosulun cənub-şərqindəki sonuncu dayaq məntəqəsi olan Əl-Həmdaniyə yaşayış məntəqəsini də terrorçulardan azad edib.
Hərbçilər mərkəzə İraq bayrağını sancıblar. Mosulun 15 kilometrliyində yerləşən Əl-Həmdaniyənin azad edilməsi strateji əhəmiyyətə malikdir.
İraqın ordu komandanlığının məlumatına görə, son 1 həftə ərzində 72-dən çox yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Azad edilmiş ərazilərin ümumi sahəsi 800 kvadrat kilometrdir. 772 İŞİD üzvü məhv edilib. 127 minalanmış maşın havaya uçurulub. 397 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. 23 terrorçu isə sağ ələ keçirilib.
7News.az







