RU
Ordu düşmənə qarşı “cəhənnəm silahını” işə saldı
14:41
3172

Ordu düşmənə qarşı “cəhənnəm silahını” işə saldı

Ermənilərin hərbi obyektlərinə ağır zərbələr endirilib.

Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.

Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.

Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də “cəhənnəm silahları” kimi tanınırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ