RU
Ordu ildırım sürətli hücuma hazırlaşır - Mosul əməliyyatı
11:53
555

Ordu ildırım sürətli hücuma hazırlaşır - Mosul əməliyyatı

İraqda Mosulun İŞİD-dən geri alınması üçün əməliyyatlar davam edir.

7News.az-ın məlumatına görə, ordu və peşmərgə qüvvələrinin şəhərin bəzi məhəllələrini ələ keçirməsinə baxmayaraq terrorçular güclü müqavimət göstərir. Bununla belə, şəhərin strateji əhəmiyyətə malik Gökçəliyə qəsəbəsini ələ keçirən hökumət qüvvələri qələbənin yaxın bir neçə gündə əldə olunacağını bildirib.

İraq ordusunun genaralları da şəhərə ildırım sürətli son hücumun təşkil olunacağını qeyd edir. Onlar hesab edir ki, ağır itki verməsinə baxmayaraq, Mosulun daxili məhəllələrində hələ də 3-5 min arası terrorçu qalmaqdadır. Peşmərgə liderləri hətta iddia edir ki, təşkilatın lideri Əbu Bəkir Əl-Bağdadi də hazırda Mosulda gizlənir.

Əməliyyatların gedişini çətinləşdirən daha bir məqam isə şəhərdəki dinc insanlardır. Onlardan canlı qalxan kimi istifadə edən silahlılar şəhərin alınmasını yubadır. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ