RU
Ordu komandiri, general-mayor Kamo Vardanyan da həbs edilib
12:49
67

Ordu komandiri, general-mayor Kamo Vardanyan da həbs edilib

"Ötən gün azərbaycanlılar "Qarabağ”ın (keçmiş qondarma qurum-red.) "daxili işlər naziri” Karen Sarkisyan və "milli təhlükəsizlik xidmətinin direktoru” Ararat Melkumyana Ermənistana sərhədi keçməyə icazə veriblər, lakin "keçmiş prezidentlər” Arkadi Qukasyan, Bako Sahakyan və Arayik Harutyunyan həbs edilib”.

Bu barədə Ermənistanın "Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, "parlamentin sədri” Davit İşxanyan, "müdafiə ordusunun komandiri”, general-mayor Kamo Vardanyan da həbs edilib.

"Əvvəlki günlərdə Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, Davit Babayan həbs edilərək Bakıya aparılıb. Əgər bu adamlar Ermənistan hökuməti ilə razılaşdırılmış şəkildə sərhəddən həbsxanaya aparılırsa, bu, dövlətə və millətə qarşı böyük xəyanətdir və əgər Ermənistan hökuməti sadəcə olaraq öz soydaşlarını qoruya bilmirsə, yəni aciz, zəif və yararsızdırsa, deməli uzaqlaşmalıdır”, - deyə nəşr bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ