İraq ordusu İŞİD-in Mosulun cənubundakı "son qalası” olaraq tanınan Hammam el-Alil bölgəsinə girməyi bacarıb. 7News.az xəbər verir ki, İraq ordusu Hammam el-Alilə üç hissədən hücuma keçib. Hərbi təyyarələrin də dəstək verdiyi hücumla terror təşkilatının müdafiə xətti yarılıb. Hazırda İraq ordusunun irəlilədiyi deyilir. 7News.az