RU
Ordumuz beynəlxalq tədbirlərdə iştirak edir
15:32
182

Ordumuz beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransı, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kursları keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ