RU
Ordumuz erməni bayrağını ayaqlar altına belə atmışdı
10:35
729

Ordumuz erməni bayrağını ayaqlar altına belə atmışdı

Horadiz döyüşlərinin 22 ili tamam olur.

Yanvarın 6-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 22 ili tamam olur.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib.

Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum etdilər.

Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etdi. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi.

Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

Həmin döyüşün sonundan qürurverici görütünü təqdim edirik.

Videoda Horadizi ermənilərdən azad edən Milli ordunun komandirlərindən biri, “qara polkovnik” kimi tanınan mərhum Fətullah Hüseynov tərəfindən endirilərək cırılan erməni bayrağı daha sonra Azərbaycan əsgərləri tərəfindən ayaqqabı silmək üçün adi əski parçasına çevrilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ