Kolumbiya və Venesuela sərhəddindəki Orinoko çayında iki gəmi qəzaya uğrayıb.
Bu barədə "Nacional” portalı məlumat yayıb.
Məlumata əsasən, insident çərşənbə axşamı baş verib. Venesuelanın Lusera limanından Kolumbiya istiqamətində hərəkət edən iki gəminin sualtı qayalıqlarla toqquşduğu bildirilir.
Axtarışlar nəticəsində 5 nəfərin cəsədi tapılıb. Daha 10 nəfəri hələ də itkin düşmüş hesab edilir.
Ümumilikdə 8 gəmi və 80 nəfər axtarış və xilasetmə işlərinə cəlb olunub./qafqazinfo
7news.Az








