Türkiyənin Muğla əyalətindəki məktəblərin birində ciddi qalmaqal baş verib.
7-ci sinifdə təhsil alan qız bir neçə nəfər tərəfindən cinsi təcavüzə məruz qalıb. Məsələnin üstü təsadüf nəticəsində açılıb. Şiddətli qarın ağrısı şikayəti ilə həkimə aparılan məktəblinin hamilə olduğu üzə çıxıb.
Polisin araşdırmalarından sonra məlum olub ki, 14 yaşlı qız 18 yaşlı qonşusu və məktəbdə təhsil alan digər yeniyetmələr tərəfindən təcavüzə uğrayıb.
Tibbi testlərdən sonra 18 yaşlı gənc polis nəzarətinə götürülüb. Digər şübhəlilər isə şərti azadlığa buraxılıb. Hadisə ilə bağlı məhkəmə prosesi davam edir.
7News.az








