Böyrək əməliyyatından sonra ortalıqda görünməyən ABŞ-ın birinci xanımı Melaniya Trampdan xəbər var.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım haqqında hələ də sağalmaması ilə bağlı yayılan şayiələrə son qoymaq üçün Tvitterdən ismarış göndərib: "Baxıram, KİV iş vaxtından çox çalışaraq mənim harada olmağımla bağlı spekulyasiyalarla məşğuldur. Əmin olun, mən Ağ Evdə ailəmin yanındayam və özümü çox yaxşı hiss edirəm. Uşaqların və Amerika xalqının xeyrinə inadla işləyirəm".
Qeyd edək ki, Melaniya Trampın əməliyyatdan 15 gün sonra ortalıqda görünməməsi onun səhhətinin yaxşı olmadığı dedi-qodusuna səbəb olmuşdu.
7news.Az







