“Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.
“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.
7news.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək:
“Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.
Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar:
“Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq”.
O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır:
“Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.
7news.Az








