Türkiyənin Şişli bölgəsində bir alış-veriş mərkəzində (AVM) yaşanan oğurluq anı kameralara düşüb.
AVM-in içində fəaliyyət göstərən bir barda çalışan yoldaşını ziyarətə gedən Berrin K. içində kompüteri və şəxsi əşyaları olan çantanı barın DJ masasının yanına qoyub. Bu an hələ açılmayan və içəridə müştəri olmayan bara girən oğru bir müddət ətrafı müşahidə edib. Dj masasının yanındakı çantadan gözünü çəkməyən oğru bir anda çantanı alıb rahat hərəkətlərlə qapıdan çölə çıxır.
Barın qapısından çıxarkən, oğru oğurladığı çantanı açıb içinə baxmağı da unutmur. Çantanı götürdükdən 5 dəqiqə sonra AVM-dən çölə çıxan oğru izini itirib.
Hadisənin ardından Berrin K. polis bölməsinə gedərək şikayətçi olub.//milli.az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










