RU
Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi
15:46
494

Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarında şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib.

7News.az xəbər verir ki, bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Xidmətin əməkdaşının sözlərinə görə, şübhəli çanta "Lyublino" stansiyasında "Qolıtsino-Podols" elektrik qatarının üçüncü vaqonunda aşkar edilib: "Qatar yoxlanılmaq üşün depoya göndərilib. 80 nəfər təxliyə edilib".

 

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.//milli

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ