RU
Osloda “Azərbaycan Guşəsi” - FOTOLAR
12:10
1517

Osloda “Azərbaycan Guşəsi” - FOTOLAR

Norveçin paytaxtı Osloda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanla bağlı fotosərgi keçirilib.

Axşam.az xəbər verir ki, müstəqilliyin 25-ci il dönümünə həsr edilmiş sərgidə ölkənin tarixinə, təbiətinə, mədəniyyətinə, gənclərinə və tolerantlığına həsr olunmuş fotolar təqdim olunub. Sərgidə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin dəstəyi ilə "Azpress" xəbər saytının foto-müxbiri (redaktor müavini) - Rüstəm İsmayılovun da müəllifi olduğu fotolar nümayiş olunub.

Rüstəm İsmayılovun 25 əsəri tədbirin iştirakçılarına təqdim edilib. R.İsmayılovun sərgisi 23 təşkilatı özündə birləşdirən Saqenə Könüllülər mərkəzində 31 oktyabra qədər davam edəcək.

 
 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ